Yəmən 2022-ci ildə əldə olunan atəşkəsdən bəri genişmiqyaslı müharibəyə qayıtmaq baxımından ən ciddi təhlükə ilə üzləşib.
EFE agentliyi BMT nümayəndəsi Hans Grundberqin sözlərinə istinadən bildirir ki, ölkədə husilərlə beynəlxalq səviyyədə tanınan Yəmən hökuməti arasında döyüşlərin yenidən intensivləşməsi vəziyyəti daha da gərginləşdirib.
Grundberq qeyd edib ki, husilərin Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə hücumları bərpa etməsi Yəməni daha geniş regional qarşıdurmaya sürükləyə bilər.
Onun sözlərinə görə, regionda ticarət və enerji axınları artıq Hörmüz boğazındakı böhranın təzyiqi altındadır.

