Ankaranın Sincan rayonunun Temelli ərazisində R-44 tipli təlim helikopteri tarlaya düşüb.
Qəzanın səbəbi hələlik məlum deyil. Ətrafdakı sakinlərin məlumatından sonra hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili tibbi yardım və polis əməkdaşı cəlb olunub.
Qəza nəticəsində helikopterdə olan iki nəfər yaralanıb. Hadisə ilə bağlı araşdırma başlanıb.
Ankara Valiliyinin açıqlamasına görə, TUSAŞ-a məxsus R-44 tipli təlim helikopterinin qəzaya uğraması barədə məlumat saat 10:02-də daxil olub.
İlkin məlumata əsasən, helikopterdəki iki əməkdaş qəzadan yaralı xilas olub. Onlardan biri təcili tibbi yardım avtomobili, digəri isə tibbi helikopterlə xəstəxanaya çatdırılıb.
Hadisə yerində təhlükəsizlik tədbirləri görülüb. Qəzanın səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.



