Dünya bazarlarında neft qiymətləri Hörmüz boğazından gəmi keçidlərinin normallaşa biləcəyi ilə bağlı gözləntilər fonunda ucuzlaşır.
Buna səbəb İran və Oman nümayəndələrinin boğazdan keçid üçün müvəqqəti marşrut barədə razılığa gəlməsi ilə bağlı yayılan məlumatlardır.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi bildirib ki, tərəflər Hörmüz boğazında gəmiçiliyin təmin olunmasından əldə ediləcək gəlirlərin bölüşdürülməsi barədə də razılıq əldə ediblər.
“Hörmüz boğazı İran və qarşı sahildə yerləşən Omana aiddir. Təxminən bir ay danışıqlar apardıq və hər iki tərəf üçün məqbul nəticələrə gəldik”, – İran rəsmisi bildirib.
Bazarda əsas gözlənti budur ki, razılaşma qüvvəyə minsə, boğazdan neft və digər yüklərin daşınmasında risklər azalacaq, bu da qiymətlərə aşağı istiqamətli təzyiq göstərə bilər.

