Toyuqlu qat-qat piroq süfrə üçün hər zaman uğurlu seçimdir. Amma klassik içlik çox vaxt quru alınır, xüsusilə də piroq sonradan isidiləndə dadını itirir. Yunan üsulu ilə hazırlanan bu variantda isə bulyon, qaymaq və əridilmiş pendir içliyi daha yumşaq, şirəli və kremli edir.
Nəticədə xırçıldayan qat-qat xəmirin içində toyuq filesi, göbələk, şirin bibər, zeytun və zərif qaymaqlı-pendirli sousla hazırlanan çox ləzzətli piroq alınır. Bu resept həm bayram süfrəsi, həm də ailəvi şam yeməyi üçün uyğundur.
Hazırlamaq üçün lazım olan ərzaqlar:
500 qram qat-qat xəmir, 300 qram toyuq filesi, 100 qram şampinyon, 100 ml qaymaq, 100 ml toyuq bulyonu, 1 ədəd şirin bibər, 50 qram əridilmiş pendir, 20 qram zeytun, 1 ədəd soğan, zeytun yağı, duz, istiot və dəfnə yarpağı.
Əvvəlcə toyuq filesini dəfnə yarpağı və istiot əlavə edilmiş bulyonda bişirin. Hazır olduqdan sonra əti kub formasında doğrayın.
Ayrı tavada doğranmış soğanı, şirin bibəri, göbələyi zeytun yağında qızardın. Daha sonra üzərinə toyuq ətini əlavə edin. Ardınca bulyon, qaymaq və əridilmiş pendiri töküb qarışdırın. İçliyi 5-7 dəqiqə vam odda bişirin. Sonda zeytunları əlavə edin.
Qat-qat xəmiri yayın, içliyi üzərinə yerləşdirin və ikinci xəmir qatı ilə örtün. Kənarlarını yaxşıca bağlayın. Piroqu əvvəlcədən isidilmiş 180°C sobada 25-30 dəqiqə bişirin.
Piroq hazır olduqda üstü qızılı və xırçıldayan, içliyi isə yumşaq və şirəli olacaq. (news.ru)

