Pomidorda olan fitoen adlı maddə qaraciyərdə yağ toplanmasını və piyli qaraciyər xəstəliyinin inkişafını azaltmağa kömək edə bilər.
Bu barədə Tufts Universitetinin alimlərinin Molecular Nutrition & Food Research jurnalında dərc olunan araşdırmasında bildirilir.

Tədqiqatçılar pomidorun faydalı xüsusiyyətləri ilə əlaqələndirilən likopenin rəngsiz ilkin maddəsi olan fitoeni araşdırıblar.
Altı ay ərzində siçanlara qaraciyərdə yağ yığılmasını artıran, rafinə olunmuş karbohidratlarla zəngin qida verilib. Heyvanların bir hissəsi isə əlavə olaraq insanda təxminən gündə 3–4 orta ölçülü pomidora uyğun miqdarda fitoen qəbul edib.
Nəticədə fitoen qəbul edən heyvanlarda qaraciyərin piylənməsi daha zəif müşahidə olunub.

Analizlər göstərib ki, maddə qaraciyərdə maddələr mübadiləsini tənzimləyən zülallara təsir edib və hüceyrələrin artıq yağı toplamaq əvəzinə enerji mənbəyi kimi istifadə etməsini gücləndirib.
Alimlər bununla belə vurğulayırlar ki, qoruyucu təsiri birbaşa fitoenin özü deyil, orqanizmdə onun parçalanması zamanı yaranan maddələr təmin edə bilər.
Fitoen yalnız pomidorda deyil, yerkökü, qırmızı bibər, qarpız, qreypfrut və ərikdə də var.

