MAQATE İranın nüvə obyektlərində yoxlamalar aparmaq üçün bu obyektlərə giriş əldə edə bilər.
Bu barədə Associated Pressə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib.
Onun sözlərinə görə, Tehran BMT-nin atom enerjisi üzrə agentliyini öz nüvə obyektlərini yoxlamağa dəvət etməyi planlaşdırır.
Uitkoff qeyd edib ki, MAQATE İranın malik olduğu zənginləşdirilmiş nüvə materialının yerini müəyyənləşdirmək və bununla bağlı məlumatları açıqlamaq üçün işə başlaya bilər.
ABŞ rəsmisinin sözlərinə görə, müfəttişlərin buraxılması Vaşinqton və Tehran arasında memorandumda nəzərdə tutulmayıb.
Bununla belə, Uitkoff bildirib ki, bu məsələ İran tərəfinin təşkilata hazırladığı məktubda yer alıb.

