Abşeron-Xızı Regional Təhsil İdarəsdinin tabeliyində fəaliyyət göstərən Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov adına 28 nömrəli orta məktəbdə, Şəhid Səbuhi Həsənquliyevin əziz xatirəsinə həsr olunmuş "Yarım Qalan Ömürlər" adlı tədbir keçirib.
Den.az xəbər verir ki, tədbir, şəhidin ömür yolunu anmaq və onun qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq məqsədi ilə təşkil olunub.
Tədbirdə şəhidin anası Maisə Həsənquliyeva ,məktəbin direktoru Araslan Rzayev , təşkilatçı Gülarə Sadıxova , sinif rəhbəri Xanım Əliyeva , Azərbaycan dili və ədəbiyyatı müəllimi Dilşad Qulamova , məktəbin kitabxana müdiri və digər müəllimlər iştirak etmişlər.
Tədbir zamanı şagirdlərin ifasında şəhidin ömür yoluna həsr olunmuş kompozisiyalar, kiçik səhnəciklər və mahnılar təqdim olunub. Bu çıxışlar iştirakçılara duyğusal anlar yaradıb və şəhidin qəhrəmanlığına olan dərin hörməti bir daha vurğulayıblar.
Tədbirin sonunda məktəbin 10 "b" və 5 "b" sinifləri adından şəhidin ailəsinə ailə tablosu olan bir xalça hədiyyə edilib. Bu hədiyyə, şəhidin ailəsinə olan dərin ehtiramın və dəstəyin bir ifadəsi idi.
Qeyd edək ki, belə tədbirlər, şəhidlərimizin əziz xatirəsini yaşatmaq və onların qəhrəmanlıq nümunələrini gələcək nəsillərə ötürmək baxımından mühüm əhəmiyyət daşıyır. Bu tədbir də məktəbin və bütün iştirakçıların şəhidə olan sonsuz hörmətini və minnətdarlığını bir daha nümayiş etdirir.
Nizami Rəsulov
Den.az