Kürdəmirin Sovla kəndinin 2 mindən çox əhalisi uzun illərdir ki kənd yolunun bərbad vəziyyətdə olmasından əziyyət çəkirlər.
Denmedia.az xəbər verir ki, bu barədə DenazTv-yə kənd sakinləri məlumat veriblər.
Bildirilib ki, kəndin 2 mindən çox əhalisi uzun illərdir ki,yolsuzluqdan əziyyət çəkir. Yolun ümumi uzunluğu 3 kmdir.Sakinlər iddia edirlər ki,bu günə qədər bir dəfə də olsun bu kənd yoluna asfalt örtüyü salınmayıb. Onlar bu məsələ ilə bağlı dəfələrlə aidiyyatı quruma müraciət etsələrdə bir dəfə də olsun onların səsinə səs verən olmayıb. Sakinlər bildirir ki,yolun bərbad olması səbəindən kəndin iki qəbiristanlığı var biri yay biri isə qış üçün. Rayon ərazisindən təqribən 38 km aralıda olan kəndin sakinləri xəstələrini həkimə də vaxtında çatdıra bilmirlər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət ünvanladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sorğumuza cavab olaraq bildirdi ki,Kürdəmir rayonunun Sovla kəndinə gedən yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansındadır.Bu yol Kürdəmir-Zərdab yolunun 15 ci km- dən ayrılır və ümumi uzunluğu 3 km-dir çınqıl örtüklüdür. Kənd yolu asfalt ötüklə təmir olunması üçün təmirə ehtiyyacı olan yolların siyahısına daxil edilib.Adı çəkilən yol mərhələli şəkildə gələcəkdə digər avromobil yolları ilə bərabər investisiya proqramına daxil edilərək təmiri həyata keçiriləcək. Ümid edək ki aidiyyatı qurumun verdiyi söz gerçəkləşər və sakinləri narahat edən yol problemi tez bir zamanda öz həllini tapar.

